BAKI, 16 dek-Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (Federal Reserve System) uçot dərəcəsini 0,25%-dən 0,5 %-dək artırıb.
Sputnik federalreserve.gov-a istinadən xəbər verir ki, bu rəqəmi FES bu gün açıqlayıb.
Xəbərdə xatırladılır ki, FES tərəfindən son dəfə uçot dərəcəsi 2006-ci ildə artırılmışdı.
Azərbaycanlı ekspertlərin proqnozlarına görə, dolların faiz dərəcəsinin artırılması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Dolların manata təzyiqi artacaq ki, nəticədə Azərbaycan hökuməti növbəti dəfə devalvasiyaya getmək məcburiyyətində qala bilər.