BAKI, 16 dek-Sputnik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula gedib.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki. üçtərəfli görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək.
Burada regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər müzakirə olunacaq.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetiriləcək.