Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan əhalisi daha 94 min artıb

Abunə olmaq
Dövlət Statistika Komitəsi bu il Azərbaycan əhalisinin 94 min 300 nəfər artdığını bildirib.

Dövlət Statistika Komitəsinin dünən yayılan məlumatında qeyd edilir ki, Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 94 min 300 nəfər artaraq 2015-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 687 min 300 nəfərə çatıb.

Sputnik-in Komitənin saytına istinadən verdiyi məlumata görə, əhalinin cinsiyyət bölgüsü üzrə, kişilərin sayı 4.824.275, qadınların sayı isə, 4.863.246 nəfər olmuşdur. Doğulanların sayına diqqət etsək, bu il də, ən çox oğlan uşaqları dünyaya gəlmişdir. Qız uşaqları 64.633 nəfər, oğlan uşaqları 73.767 nəfər doğulmuşdur.

Əhalinin 49.8% kişi, 50.2% qadınlar təşkil etdiyindən, hər 1000 kişiyə, 1009 qadın düşür.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan əhalisinin sayı 9.356.500 nəfər, 2014-cü ildə isə, 9.477.100 nəfər təşkil edib. 2013-cü ildə əhalinin 4.648.800 nəfəri kişi, 4.707.700 nəfəri qadın idisə, 2014-cü ildə bu rəqəm 4.713.500 nəfər kişi, 4.763.600 nəfər qadın olub.

Xəbər lenti
0