BAKI, 16 dek-Sputnik. Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.
Sputnik prezident.az saytına istinadən xəbər verir ki, Gül netfçilərin ölümü ilə bağlı kədərini ifadə edib. Məktubda deyilir:
"Hörmətli Prezident, əziz qardaşım, dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən "Günəşli" yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi. Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".