Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: Müğənnilər də, repetitorlar da vergiyə cəlb olunmalıdır

© azadliq.orgVahid Əhmədov
Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: Necə olur ki, fəhlə zavodda işləyir vergi verir, müəllim, həkim işləyir vergi verir, amma sən vermirsən?!

BAKI, 16 dek-Sputnik. Hamı vergi verməlidir. Müğənni deyir ki, mən niyə vergi verməliyəm?! Verməlisən də. İşin, sənətin budursa, bundan gələn gəlirdən vergi vermək sənin borcundur.

Bu fikirləri Sputnik-ə müsahibəsində millət vəkili, iqtisadçı-ekspert Vahid Əhmədov deyib.

"Necə olur ki, fəhlə zavodda işləyir vergi verir, müəllim, həkim işləyir vergi verir, amma sən vermirsən?! İndi vergi dərəcələri, iş şəraiti müxtəlif ola bilər. Amma vergini hamı verməlidir." — deyə V.Əhmədov bildirib.

Millət vəkili repetitorluqla məşğul olan müəllimlərin məsələsinə də toxunub: "Müəllim işləyir, ordan vergi verir, onu mən başa düşürəm. İşləməyən müəllim nə etməlidir? Repetitorluq edir, 3-4 nəfər tələbə, şagird götürüb onlarla işləyir. Yəni, onun başqa iş yeri yoxdursa, orda-burda dərs demirsə, başa düşürəm. Onu da başa düşürəm ki, müəllimlərin maaşı çox aşağıdır. İndiki şəraitdə bu maaşla dolanmaq da çox çətindir. Buna baxmayaraq, hamı qanun qarşısında cavabdehdir və əgər hansısa işlə məşğulsansa, o işdən gəlir götürürsənsə, vergi verməlisən."

Millət vəkili müğənnilər və repetitorların vergiyə cəlb olunması istiqamətində söhbətlərin getdiyini bildirib. Lakin deyib ki, Milli Məclisə bununla bağlı hər hansı qanun layihəsi daxil olmayıb".

Xəbər lenti
0