CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yumurtanın qiymətini süni surətdə qaldırırlar

© clubbypass.comYumurta
Yumurta - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Vəliyev: Ölkədə yumurta istehsalı əhalinin tələbatından artıqdır və qiymətləri qaldırmaq üçün heç bir əsas yoxdur.

BAKI, 16 dek — Sputnik. Ölkə bazarlarında yumurtanın qiyməti 47%-dək artıb. Rəsmi statistikaya görə, noyabr ayında yumurtanın 10 ədədinin ölkə üzrə orta qiyməti 1,38 manat olub. Bu, yanvar ayı (0,94 manat) ilə müqayisədə 46,8 faiz çoxdur. 

Sputnik-in əməkdaşları əsas istehlak məhsullarından olan yumurtanın qiymətlərinin monitorinqini aparıb. Yasamal ərazisində yerləşən kiçik marketlərdən birində yumurtanın bir ədədi 14 qəpiyə, kənd yumurtası isə 25 qəpiyə satılır. Digər kiçik marketdə isə fabrik yumurtası 13 qəpiyə satılır. Satıcı "Mən qiymətləri qaldırmıram, 12 qəpikdən alıb, 13 qəpiyə satıram. Əslində bahalaşma yoxdur. Bəzi işbazlar süni qiymət artımına gedirlər" —deyib.

© OrduolayYumurta
Yumurta - Sputnik Azərbaycan
Yumurta

Yasamal bazarında kənd yumurtasının qiyməti 35 qəpikdir. Fabrik yumurtası isə yoxdur. Böyük marketlərdə fabrik yumurtası 14-17 qəpiyə, kənd yumurtası 20 qəpiyə satılır. Satıcılar deyirlər ki, yumurtanın bahalaşması Yeni il bayramı ilə əlaqədar deyil. Sadəcə yumurta istehsal edilmir və satış nöqtələrinə gətirilmir.

"Mən hələ kənd yumurtasının bir ədədini 25 qəpiyə yaxşı satıram. Başqa yerlərdə 30 qəpiyədir"- deyə satıcılardan biri bildirib. Digər satıcı isə kənd yumurtasının 1 ədədini 30 qəpiyə satdığını deyib: "Ona görə baha satıram ki, mənim məhsulum təmiz kənd məhsuludur. Sabirabaddan gətirilir. O birilər isə Şamaxıdan fermalardan yığılıb gətirilirlər".

Ümumiyyətlə, Yasamal rayonu və Elmlər Akademiyası metrosu həndəvərində kənd yumurtasının bir ədədi 20-30 qəpikdir. Marketlərdə kənd yumurtası 30 qəpik, böyük marketlərdə fabrik yumurtası 13-20 qəpik arasında satılır. İçərişəhər tərəflərdə yumurta marketlərdə olduqca azdır. Yalnız fabrik yumurtası var, o da 16 qəpikdir.

8-ci kilometr bazarında yumurta cəmi 3 yerdə var. Fabrik yumurtası 13-16 qəpikdir. Satıcılar deyib ki, "fabrik yumurtaları azdır. Kənd yumurtaları demək olar ki, yoxdur. Gələn kimi də alınır".

Bakının kəndlərində kənd yumurtası 20-25 qəpiyə, fabrik yumurtası isə 15 qəpiyə satılır. Rayonlarda əsasən şimal zonasında kənd yumurtası 20-25 qəpiyə, fabrik yumurtası 18 qəpiyədir. O da çatışmır.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik-ə deyib ki, yumurtanın qiyməti artmayıb: "Onu dükanlar artırır. Süni qiymət artımı ancaq ticarət mərkəzlərindədir.

 İstehsalçılarda qiymət artımı söhbəti yoxdur. Çünki, buna ciddi nəzarət olunur. Yazılı qaimə verilir. Maksimum ən iri yumurtanı 11 qəpiyə verirlər. Özü də mağazalara yazılır ki, siz bunu 13 qəpiyə sata bilərsiniz. 11 qəpiyə veririk, 13 qəpiyə sata bilərsiniz. Kim qiyməti artırırsa, cavabdeh onun özüdür. Ona biz nəzarət edə bilmirik. Bizdə istehsal artım tempi ilə gedir. Günü-gündən də istehsal artır. Əhalinin təchizatı da 100 faizdən çoxdur. Sadəcə olaraq əvvəllər alverçilər vardı, alıb-satırdılar. İndi onlara verilmir. İstehsalçılar mağazalara, ticarət mərkəzlərinə, lazım olan digər yerlərə yumurtanı öz maşınları vasitəsilə çatdırırlar."

Aydın Vəliyev onu da qeyd edib ki, yumurtanın 1 ədədinin maya dəyəri 10 qəpiyə yaxındır. Rəsmi statistikaya görə, 2015-ci ilin yanvar-noyabr aylarında 1402,6 milyon ədəd (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz az) yumurta istehsal olunub.

Xəbər lenti
0