BAKI, 16 dek — Sputnik. BMT-nin yeni baş katibinin kim olacağı ilə bağlı artıq seçki öncəsi kampaniyalara start verilib. Bununla bağlı olaraq təşkilata üzv 193 dövlətə məktub göndərilib.
Sputnik-in məlumatına görə, hazırkı baş katib Pan Gi Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onu əvəz edəcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
BMT Baş Assambleyasının sədri Moqens Lükketoft artıq iki namizədin olduğunu xəbər verib. Belə ki, Baş Assambleyanın keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüblər.