CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN-dən xəbərdarlıq: Yeni ildə fişəng partlatmaq qadağandır

© today.29ru.netpirotexnika, fişəng
pirotexnika, fişəng - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Azərbaycanda Yeni il bayramı ərəfəsində yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni gücləndirib.

BAKI, 16 dek-Sputnik. Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni gücləndirib. 

Sputnik DİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlərə başlanılıb.

"Bu məsələlər nəzarət altındadır. Bu cür maddələrin və əşyaların satışı və istifadəsi aşkar olunduqda qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülür." — Nazirliyin məlumatında deyilir.

Burada qeyd olunur ki, əvvəlki illərlə müqayisədə tezalışan və partlayıcı maddələrin satışında azalma müşahidə edilir. Bu il tezalışan və partlayıcı maddələrin satışına qarşı tədbirlər daha da gücləndiriləcək.

Nazirlik əhalinin bu cür madələrin satışı və istifadəsi halları ilə rastlaşdıqda "102" saylı zəng xidmətinə müraciət edərək məlumat verməsini tövsiyyə edib.

Xəbər lenti
0