BAKI, 16 dek — Sputnik. Dekabrın 16-sı 2005-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Material Ehtiyatları Komitəsi ləğv edilərək onların funksiyaları Fövqəladə Hallar Nazirliyinə verilib. Bundan əlavə, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-in Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, «İzotop» kombinatı, Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti yeni nazirliyinin tabeliyinə verilib.
Ölkə başçısının 2006-cı ildə imzaladığı sərəncama əsasən, 16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.