BAKI, 15 dek-Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın bir quyuda tam söndürülüb.
Sputnik SOCAR-a istinadən xəbər verir ki, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb. Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.
Yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyularıdır. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.