CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yediyimiz yağlara qanunsuz olaraq piy və marqarin qatılır

© pixabay / ponce_photographyYağ
Yağ - Sputnik Azərbaycan
Abunə olmaq
Eyyub Hüseynov: Ölkəyə gətirilən yağların tərkibinin xüsusi sexlərdə dəyişdirilməsi məsələsinə görə məsuliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və İqtisadiyyat və Sənaye Nazirliyi daşıyır.

BAKI, 15 dek-Sputnik. Pis hal odur ki, o yağlar ölkəyə texniki məqsədlə gətirilsə də, qida məqsədilə satılır. Bunu Sputnik-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Azərbaycana gətirilən yağların tərkibinə palma yağının qarışıdırılması və əhaliyə satılması barədə iddiaları şərh edən Hüseynov deyib ki, palma yağından qida sənayesində istifadə oluna bilər. Lakin hər bir məhsulun üzərinə ondan hansı məqsədlə istifadə edildiyi barədə qeyd yazılmalıdır. "İstehlakçıya məhsul barədə məlumat verilməlidir. Əks halda bu, istehlakçının aldadılması kimi başa düşülə bilər. Belə istehsal müəssisələrini 1500 manata qədər cərimə gözləyir." — deyə AİB sədri bildirib.

Ölkəyə gətirilən yağların tərkibinin xüsusi sexlərdə dəyişdirilməsi məsələsinə aydınlıq gətirən ekspert deyib: "Yağların ekspertizası çox çətindir. Yağların tərkibinə piylər, marqarinlər qatılır. İşbazlar yağlara bu əlavələri etməklə əlavə gəlir əldə edirlər. Bunlara Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət etməlidir."

Xəbər lenti
0