CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı daha bir ekoloji fəlakət ərəfəsində

© youtubeYarğan
Yarğan - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda son illərdə yaşayış məskənləri olan ərazilərdə yarğanların sayı artıb.

BAKI, 15 dek-Sputnik. Bakıda son illərdə yaşayış məskənləri olan ərazilərdə yarğanların sayı artıb.

Sputnik Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri bildirib.

Onun sözlərinə görə, son illərdə yarğanlar Bakının daha çox Yeni Yasamal ərazisində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Abşeron rayonunun Mazazır qəsəbəsində yaranıb.

Bu yarğanların antropogen amillər — insanların kortəbii fəaliyyətinin nəticəsində yarandığını deyən S.Tarixəzəri qeyd edib ki, yarğanların olması daha çox Qobustanın iqlim şəraiti üçün xarakterikdir: "Amma son vaxtlar insanlar özləri Bakının bir çox yerlərində torpaqları yararsız edərək yarğanlar yaradıblar. İnsanlar düzgün tikinti aparmırlar, yaxud yamacları kəsirlər, sonra onları möhkəmləndirmirlər, nəticədə yarğanlar yaranır. Bakının bəzi ərazilərində kanalizasiya sisteminin normal olmaması da yarğanların yaranmasına gətirib çıxarır".

S.Tarixəzərinin sözlərinə görə, yarğanların yaranmasının qarşısını almaq üçün yamaclarda və ona bitişik ərazilərdə ağaclar və kollar əkilməlidir.

Xəbər lenti
0