CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il ərəfəsində qatarla səyahət etmək istəyənlərə müjdə

© Sputnik / Murad Orujovпоезда метро «Метровагонмаш»
поезда метро «Метровагонмаш» - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

BAKI, 15 dek-Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) yeni il ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Sputnik "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədova istinadən xəbər verir ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

2016-cı il ərəfəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi gucləndirilmiş iş rejiminə keçəcək.

Əzməmmədov deyib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Xəbər lenti
0