Fransada sağçılar və solçuların davası

© Sputnik / Ramil SitdikovMarine Le Pen, présidente du Front national
Marine Le Pen, présidente du Front national - Sputnik Azərbaycan
Abunə olmaq
Qüvvələr nisbəti dəyişməsə də, “Milli Cəbhə” özünü məğlub saymır

Fransada sağçılar və solçuların davası
İlk turdakı sensasiyalı nəticələrə baxmayaraq, ikinci turda Marin Le Penin başçılıq etdiyi “Milli Cəbhə” qatı sağçılar partiyası Fransanın bütün regionlarında məğlub oldu.

6 dekabr tarixində, seçkilərin ilk turunda “Milli Cəbhə” bütün ölkə ərazisində ən yaxşı nəticələri əldə etdi (27,7%). Onun namizədləri isə Fransanın 13 regionundan altısında ilk oldular. Bundan dərhal sonra hakim Sosialist partiyası üç regiondan namizədlərini geri çəkdi ki, öz əsas rəqibləri olan “Respublikaçılara” dəstək olaraq qatı sağçılara aşılmaz maneə yaratsın.

Sağçı və solçular dekabrın 6-sı vəziyyətdən məyusluqlarını bildirərək seçkilərə gəlməyən insanları cəlb etmək üçün əllərindən gələn hər şeyi etdilər. Fransanın Baş naziri Manuel Valls hətta vətəndaşları vətəndaş müharibəsi ilə qorxudurdu.

Bu işə yaradı: dekabrın 13-ü seçki iştirakı ötən həftə ilə müqaisədə 10 faiz artdı. Birinci turdan sonra liderlik edən Marin Le Pen və onun qardaşı qızı Marion Mareşal Le Pen məğlub oldular. Marin Le Pen ölkənin şimalında 42,5%, qardaşı qızı isə ölkənin cənub-şərqində 45,5% səs topladılar.

Uğursuzluğa baxmayaraq, “Xalq Cəbhəsi”nin lideri öz tərəfdaşlarını kampaniyanın başa çatması münasibətilə təbrik etdi. Beləcə, partiya Fransada keçirilən seçkilər tarixi ərzində 200 min səs artıq – 6.6 milyon səs topladı. Le Pen qeyd etdi ki, seçki nəticələri regional şuralarda partiya nümayəndələrinin sayının artmasını təmin etdi, bu isə qatı sağçılara hakim orqanlarda əsas müxalif qüvvə olmağa imkan verəcək. Onun sözlərinə görə, “Xalq Cəbhəsi”nin hücumu davam edəcək və onu heç kim saxlaya bilməyəcək:

“Əziz soydaşlarım, mən bu axşam regional seçkilərin ikinci mərhələsində, ilk növbədə “Xalq Cəbhəsi”nə səs verən 6 milyondan artıq fransıza və digər yüzlərlə səs verən şəxslərə minnətdarlığımı bildirmək istəyirəm. Regional nümayəndələrinin sayının 3 qat artması nəticəsində, “Xalq Cəbhəsi” Fransanın regional şuralarında əsas müxalif qüvvə olacaq, hansı ki, konstruktiv və tələbkar olacaq. Çünki biz bütün birliklərdən azadıq. Biz yaradıcı müxalifət olacayıq, çünki maraqlı qruplardan azadıq və sizə daha yaxınıq. Çünki bu insanlardan gəlir və siz bizi seçirsiz, əziz soydaşlarım, çünki biz sizin kimiyik. İndi parçalanma sağçı və solçular arasında deyil, qlobalistlər və vətənpərvərlər arasındadır. Qlobalistlər, hansılar ki, Fransanın qlobal dünyada dağılmasının tərəfdarlarıdır və vətənpərvərlər, hansılar ki, milli arenanın fransızlar, yəni sizin hamınız üçün daha qoruyucu olduğuna inanırlar. Yaşasın Fransız Respublikası, yaşasın millət, yaşasın Fransa!”.

Seçki nəticələrinə görə, Nikolya Sarkozinin “Respublikaçılar” partiyası qalıb gəldi. Onun nümayəndələri 13 regionun yeddisində qalib oldular. Beş regionda Sosialistlər, bir regionda isə yerli millətçilərin nümayəndəsi qalib gəldi. Bununla yanaşı, Sarkozi partiyasının ümumi qələbəsi istənilən kimi parlaq olmadı, “Respublikaçılar” isə ola biləcəyi qədər də dəhşətli məğlubiyyətlə üzləşmədilər.

Qeyd etmək lazımdır ki, regional seçkilər prezident kampaniyası hədəfi ilə keçirilib – 2016-cı ildə Fransada seçki keçirilməyəcək, 2017-ci ildə isə fransızlar dövlət başçısı və Milli Məclisin üzvlərini seçmək üçün səs verməli olacaqlar. 

Əslində təbrik etməli heç kim yoxdur: “ənənəvi” partiyalar qati sağçıların regionlarda qalib gəlməsinin qarşısını ala bilmədilər. Onların hər üçünün vəziyyəti pisdir.

“Mən, siyasi mənsubiyyətindən asılı olmayaraq, “Respublikaçılar” və mərkəzçilərə səs verən milyonlarla seçiciyə təşəkkür etmək istəyirəm. Lakin bu səfərbərlik ilk tur ərzində bütün siyasətçilər, o cümlədən bizim istiqamətimizdə gələn təhlükəni heç bir halda unutmağa imkan verməyəcək”- Sarkozi bildirib. “Bu nəticələr onu göstərir ki, vətəndaşlar qatı sağçılar və qatı-solçulara güzəştə getmək istəmir. Bu prinsipləri gələcəkdə də qoruyub-saxlamaq lazımdır”, — Nikola Sarkozi əlavə edib.

“Respublikaçılar” liderlərindən biri, Fransanın keçmiş baş naziri Fransua Fiyon da öz növbəsində bildirib ki, bu təsəlli versə də, ölkədəki real vəziyyətin barometri olan 6 dekabrı yaddaşdan silmir.

Xəbər lenti
0