BAKI, 15 dek-Sputnik. Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.
Sputnik-in məlumatına görə, bu barədə "ArabiaTV" telekanalı məlumat yayıb.
Məlumata görə, sözügedən koalisiyaya başda Səudiyyə Ərəbistanı olmaqla Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən qoşulub.
Terrorizmə qarşı İslam koalisiyası hərbi alyans kimi yaradılıb. Onun baş qərargahı isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək.
ABŞ-ın rəhbərliyi altında yaradılmış beynəlxalq antiterror koalisiyasına 65 ölkə daxildir.