CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Bank "qara siyahı"ya 14 nəfərin adını əlavə edib

© www.cbar.azНацбанк АР
Нацбанк АР - Sputnik Azərbaycan
Abunə olmaq
İraq vətəndaşı Rafik Mohamad Yousefin adı isə siyahıdan çıxarılıb.

BAKI, 14 dek-Sputnik. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu gün BMT Təhlükəsizlik Şurasının "Əl-Qaidə" Sanksiya Komitəsinin dekabrın 10-da qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, ümumi siyahı "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib.

Sözügedən qayda Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilib.

Ümumi siyahıya 14 nəfərin adı əlavə olunub. Həmin şəxslər İraq vətəndaşları Nashwan Abd al-Razzaq, Mohammad Tahir, Ata Abdoulaziz, Farhad Kanabi, Najmuddin Faraj, Muthanna Harith, İbrahim Awwad, Küveyt vətəndaşı Muhsin Fadhil, İraq əsilli Suriya vətəndaşları İbrahim Mohamed Khalil, Abu Mohammed al-Jawlani, vətəndaşlığını müəyyən olunmayan və yaşayış yerləri Suriya və İraq kimi göstərilən Akram Turki, Ghazy Fezza, Rusiya vətəndaşı Akhmed Rajapovich, Rusiya vətəndaşlığı olmayan, yaşayış yeri Suriya və İraq olaraq qeyd edilən Tarkhan İsmailoviçdir.

İraq vətəndaşı Rafik Mohamad Yousefin adı isə siyahıdan çıxarılıb.

Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Siyahı aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

Xəbər lenti
0