Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: İnflyasiya gözlənilir

© APAİqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilin sonuna qədər inflyasiya 4% səviyyəsində olacaq.

BAKI, 14 dek-Sputnik. Bu ilin sonuna Azərbaycanda təxminən 4%-lik iqtisadi artım gözlənilir.

Sputnik-in məlumatına görə, bu barədə "APA-Economics"ə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazir əlavə edib ki, ilin sonuna inflyasiya 4% səviyyəsində olacaq.

Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir. Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.

2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanda inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılıb.

Xəbər lenti
0