Əli Abbasovun köməkçisini də işdən azad etdilər

© Photo : REPORTRabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daha iki nəfəri işdən çıxarıblar.

BAKI, 14 dek-Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda aparılan kadr dəyişikliyi fonunda daha iki nəfəri işdən çıxarıblar. 

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, nazirin köməkçisi Ehtiram İdris oğlu Kərimov tutduğu vəzifədən azad olunub.

E. Kərimovla yanaşı, nazirliyin ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev də işdən çıxarılıb.

Bundan əvvəl Nazirliyin aparat rəhbərinin müavini İlham Mərdanov da tutduğu vəzifə ilə vidalaşıb.

Xəbər lenti
0