BAKI, 14 dek — Sputnik. Türkiyənin dövlət başçısı Rǝcǝb Tayyib Әrdoğan yeni konstitusiya vǝ prezident üsul-idarǝsinin qəbulu üçün referenduma gedilməsinə tərəfdar olduğunun bildirib.
Türkmənistana rəsmi səfərdən qayıdarkən jurnalistlər üçün keçirdiyi brifinqdə Türkiyə prezidenti deyib: "Yeni konstitusiyanın qəbulu ilə yanaşı, prezident üsul-idarəsinə keçid üçün də referendum keçirilə bilər".