BAKI, 14 dek — Sputnik. "Hazırkı Türkiyə iqtidarı, xüsusilə Ərdoğan bu gün bölgədə apardığı siyasətə görə gələcəkdə peşman olacaq". Bunu Sputnik-ə açıqlamasında millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, Türkiyə NATO və Qərbə arxalanaraq İraqın şimalını işğal edib.
"Türkiyənin İraqın şimalındakı fəaliyyəti açıq-aşkar işğalçılıqdır. Təəssüf ki, Ərdoğan cümhuriyyətin əsaslarını heçə saymaqda davam edir" — deyə Araz Əlizadə qeyd edib.