Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İtalyan müğənnisi Eros Ramazotti Bakıya gəlir

© hippowallpapersEros Ramazotti - italyan müğənnisi
Eros Ramazotti - italyan müğənnisi - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyalı ulduz Heydər Əliyev Mərkəzində möhtəşəm şou ilə çıxış edəcək.

BAKI, 14 dek-Sputnik. Məşhur italyan müğənnisi Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

Konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunur.

Sputnik Trend-ə istinadən xəbər verir ki, Mərkəzdən 2016-cı il aprelin 24-də keçiriləcək möhtəşəm şounun biletlərinin yanvar ayından satışa çıxarılacağı bildirilib.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.

Musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto" adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər" sırasına daxil olub. Qeyd edək ki, Ramazottinin Bakı konserti də "Rerfetto" dünya turu çərçivəsində təşkil olunur.

Xəbər lenti
0