Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda inflyasiya qeydə alınıb

© ekspertİnflyasiya
İnflyasiya - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox istehlak mallarının qiymətlərində artım qeydə alınıb.

BAKI, 14 dek-Sputnik. İstehlak bazarında ərzaq məhsullarının qiymətləri bu ilin noyabr ayında 0,9% artıb. 

Sputnik Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində dəyişikliklər olmayıb. Ümumilikdə, istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4% yüksəlib.

Ay ərzində düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobya, kartof, soğan, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökünün qiymətində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri sentyabrla müqayisədə 0,1% artıb.

Xəbər lenti
0