İranlı general Suriyada öldürülüb

© nationalpostcomment.files.wordpress.comSuriya
Suriya - Sputnik Azərbaycan
Abunə olmaq
İranlı hərbçilər müxalifət və İŞİD-lə mübarizədə Əsəd ordusuna yardım göstərirlər.

BAKI, 14 dek-Sputnik. İranın İslam İnqilabi Keşikçiləri Korpusunun daha bir generalı Suriyada öldürülüb.

Sputnik APA-ya istinadən xəbər verir ki, "Fatamiyun" briqadasının komandirlərindən olan general Hüseyn Fədai Suriyada "Zülfüqar" psevdoadı altında xidmət edirmiş.

Bu ilin oktyabrında Suriyada ən azı üç iranlı generalın öldürüldüyü barədə məlumat yayılmışdı. Bunlar Hüseyn Həmədani, Fərşada Hasunizadə və Həmid Muxtarbəndədir.

İranlı hərbçilər müxalifət və İŞİD-lə mübarizədə Əsəd ordusuna yardım göstərirlər.

İran Suriya prezidentini dəstəkləyən əsas müttəfiqlərdən biridir. Lakin Tehran Suriyada hərbi əməliyyatlarda iştirakını inkar edir.

Xəbər lenti
0