BAKI. 13 dek-Sputnik. Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Riqoletto" operası nümayiş olunacaq.
Teatrdan Sputnik-ə verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.
Səhnə əsərində Azərbaycanın opera həvəskarlarına adı yaxşı tanış olan Ukraynanın Xalq Artisti Olqa Naqornaya, əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda çıxış edəcəklər. Opera tamaşasında, həmçinin yerli sənətçilər — Azərbaycanın xalq artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.
Operanın dirijoru isə xalq artisti, professor Cavanşir Cəfərovdur.