BAKI, 13 dek — Sputnik. Gəncə şəhərində vətəndaşa məxsus mebel mağazasında yanğın baş verib.
Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər berir ki, dünən şəhərin Kəpəz rayonunda “SALOĞLU” mebel mağazasına məxsus ümumi sahəsi 27 kv.m olan vaqon tipli gözətçi otağın tavanı 2 kv.m sahədə yanıb.
Gözətçi otağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.