Bakı, 13 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Məktubda deyilir: "Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".
Qeyd edək ki, yanğın nəticəsində 23 nəfər ölüb.