BAKI, 13 dek-Sputnik. Ankarada "Hürriyət" qəzetinin redaksiyasının yerləşdiyi ofis atəşə tutulub.
Eskişehir Yolundakı Doğan Medya Mərkəzinin yola baxan bölümündəki 7 pəncərə, axşam saatlarında partlayıb. Hadisə yerinə çoxlu polis dəstələri cəlb edilib.
İlkin xəbərlərdə hadisənin silahlı hücum olduğu ehtimalı üzərində dayanılıb. Ancaq sonra aparılan araşdırmalarda hər hansı bir silahlı hücumun izinə rast gəlinməyib.
Hürriyət qəzetinin Ankara Təmsilçisi Dəniz Zeyrek, hadisə ilə bağlı açıqlama verib. "Aparılan kriminal araşdırma nəticəsində hər hansı silahlı hücumun izinə rast gəlinmədi. Şüşələrin qırılmasını, isti, soyuq, ya da binanın tikilişi zamanı yol verilmiş hansısa problemdən qaynaqlandığı ehtimalı var" — deyə Zeyrek bildirib.
Binanın şüşələrinin qoşa və gülləkeçirməz olduğunu vurgulayan Zeyrek, bayır tərəfdəki şüşələrin qırıldığını, içəridəki şüşələrdə hər hansı qırığın olmadığını söylədi.
Asayiş keşikçiləri də hadisə yerində araşdırma aparıldığı, lakin hər hansı odlu silah gülləsinə rast gəlinmədiyini bildirib.
Hadisənin binanın tikilişi ilə əlaqədar olduğu və bu il ərzində 2-3 dəfə şüşələrin partladığı qeyd edilib.
Ankara valiliyi hadisə ilə bağlı belə bir açıqlama verib:
"Media orqanlarında 12.12.2015 tarixində saat 17.00 radələrində Ankaradakı Doğan Medya Center binasına silahlı basqın olduğuna dair xəbərlər yer almaqdadır. Asayiş keşikçiləri tərəfindən hadisə yerində aparılan ilkin araşdırmada olayın silahlı basqın olduğuna dair bir dəlilə rast gəlinməyib. Göstərilən saatda binanın şüşələrinin qırılmasının isti və ya soyuqdan, ya da binanın tikiliş quruluşundan qaynaqlandığı ehtimalları üzərində iç gedir."
Olaydan sonra binaya gələn "Hürriyət"in baş redaktoru Sədat Ergin deyib:
"Bu mərhələdə deyə biləcəyimiz tək şey binanın ön hissəsində müxtəlif mərtəbələrdəki yeddi ayrı şüşə panelinin patlamış olmasıdır. Patlayışın səbəbləri barədə hələ dəqiq məlumata malik deyilik. Bunun kənardan bir müdaxiləmi, yoxsa binanın özündən qaynaqlanan bir halmı olduğu araşdırma raportuyla üzə çıxacaq. Ankara Emniyet Müdiri ilə görüşdüm. Binada ballistik incələmə aparılır və kamera qeydləri araşdırılır."