BAKI, 12 dek-Sputnik. 12 dekabr 1945-ci ildə — Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab(21 Azər hərəkatı) qələbə çalıb.
Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçib və o, bir il sonra, 1946-cı il dekabrında süqut edib.
Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak olub.