CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə və küçədə səs-küy salanlar yüksək məbləğdə cərimə olunacaqlar

Abunə olmaq
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır.

BAKI, 11 dek-Sputnik. Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır. Sputnik Report-a istinadən xəbər verir ki, cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. 

Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Xəbər lenti
0