CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Nardaranın abadlaşdırılmasına vəsait ayırdı

Nardaran piri
Nardaran piri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti Nardaran qəsəbəsinin abadlaşdırılması ilə bağlı sərəncam imzalayıb.

BAKI, 11 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial —mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.

Azərbaycan hökuməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və "Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

Xəbər lenti
0