Ukrayna baş nazirinin parlamentdə çıxışı zamanı Ali Radada maraqlı hadisələr yaşanıb. Bu barədə məlumatı “Russkaya vesna” yayıb.
Poroşenko blokundan (PPB) olan deputat Oleq Barna tribunada çıxış edən baş nazir Arseni Yatsenyuka matəm lenti bağlanmış qızılgül dəstəsi ilə yaxınlaşıb və baş naziri vurub, sonra isə onu qucağına götürərək aparamaq istəyib.
Bundan sonra deputatlar tribunanı əhatəyə alıblar. Baş nazirin “Xalq cəbhəsi partiya”sından silahdaşları Barna və digər PPB nümayəndələri ilə davaya başlayıblar.
Spiker Groysman davanı sakitləşdirmək istəyib, lakin nəticədə ona da ziyan dəyib – deputatlardan biri onun qalstukundan bərk dartıb.
Sonra PPB fraksiyasının lideri Yuri Lutsenko Yatsenyukdan Barnanın hərəkətnə görə üzr istəyib: “Mən PPB deputatının yolverilməz hərəkətinə görə üzr istəyirəm. Biz onun hərəkətləri pisləyirik. Bir daha üzr istəyirik”.