Avropada qaçqınlara münasibət dəyişib

© Sputnik / Eduard Erben / Mediabanka keçidRallies for and against migrants in Prague
Rallies for and against migrants in Prague - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa baş verən dəhşətli terror hücumlarından sonra Avropa miqrantlarla ehtiyatla davranır

Avropada qaçqınlara münasibət dəyişib
Bütün ölkə ərazisində axtarışlar keçirilir, müntəzəm həbslər olur, 100-dən çox adam radikal təşkilatlarla əlaqəli olduqları şübhəsiylə nəzarətə alınıb, 174 odlu silah və böyük məbləğdə pullar götürülüb. Fransa dəhşətli terror hücumlarının harada və necə hazırlandığını anlamağa çalışır.

Tək Fransada deyil, bütün Avropada qaçqınlara qarşı münasibət dəyişir. Belə ki, Fransada baş verən terror hadisələrindən sonra Polşa bəyan edib ki, o, Avropa Birliyinin kvotası ilə müəyyən olunan sayda qaçqını qəbul edə bilməyəcək. Bunu Polşanın Avropa məsələləri üzrə naziri Konrad Şimanski bildirib. Lakin çətin ki, bu addım Avropa İttifaqı ölkələrinə qaçanların axınını azaltsın. Beynəlxalq anti-terror Assosiasiyasının prezidenti İosif Linder hesab edir ki, bu problem üzərində işləmək lazımdır, lakin bu iş çoxlu insan resursları tələb edir:

“Belə terror aktları kortəbii baş vermir. Onlar kifayət qədər uzun vaxt ərzində planlaşdırılır. Oxşar terror aktının planlaşdırılmasında, hazırlığında və gizlədilmə əməliyyatlarında bir çox insan iştirak edir. Bir müəyyən edilən terroristə isə ən azı 30 yüksək ixtisaslı işçi düşür. Bu günə isə müəyyən olunan şəxslərin sayının iki min olduğu bildirilib. İndi təsəvvür edin ki, nə qədər terrorçü qaçaq immiqrantlar əhatəsində Fransaya keçib. Onları heç kim yoxlamayıb, onlarla heç kim işləməyib. Ona görə də, terror təşkilatlarının müəyyən olunan işçilərinə nəzarət etmək üçün bütöv sutka rejimində çalışan 60-120 min xüsusi yüksək ixtisaslı işçi olmalıdır”. 

Və bu, üzərində fəal və müntəzəm iş həyata keçirilməli olan yeganə istiqamət deyil. Müasir dünyada xəbərlər çox sürətlə yayılır. Fransız yazıçı, jurnalist Mark Halter hesab edir ki, hər tərəfə qorxu yaymaq istəyən terrorçular da bunu anlayaraq fürsətdən istifadə edirlər:

“Bu müharibəni udmaq üçün bizim təyyarə və tanklara ehtiyacımız yoxdur. Bu gün internet var. O konsertdə oturan və öldürülən insanlar hər şeyi öz telefonları ilə danışıblar. Bu gün ölümdən qorxmayan beş və ya altı terrorçu bəs edir ki, 67 milyon fransız qorxmağa başlasın. Bu keçidi anlamasaq, biz bu müharibəni uda bilməyəcəyik. Maraqlı olan ikinci məsələ isə, ideologiyanın olmasıdır.

Rusiya televiziyası məndən soruşmuşdu: Siz düşünürsüz ki, bu, sivilizasiyalar arasındakı müharibədir? Yox. Yeganə sivilizasiya var – Mahmud Dərviş, Puşkin, Avisena – budur sivilizasiya. Minlərlə sivilizasiya yoxdur, lakin çoxlu din var. Lakin bizdə daha ideologiyanın olmamasına görə, insanlar nəyəsə inanmalıdırlar”.

Qaçqınlar qarşısında maneələr qoymaq cəhdləri də, bacarıqsız miqrasiya siyasəti kimi, çətin ki müsbət nəticələrə gətirib çıxarsın. Sadəcə Avropa öz dünyasının belə sürətlə dəyişəcəyinə hazır deyildi. Ona görə də, gərginliyi azaldaraq yeni itkilərə və terror hücumlarına son qoya bilən çıxış yolunu tapmaq olmur.

Xəbər lenti
0