SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mədət Quliyev Xalq Cəbhəsini ittiham etdi

Mədət Quliyev
Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: Səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin siyasəti nəticəsində Gəncədə qardaş qırğını baş verdi.

BAKI, 11 dek-Sputnik. Azərbaycan 1988-1993-cü illərdə böhran içində yaşayırdı. Ölkəni o zamankı böhranlı vəziyyətdən ulu öndər Heydər Əliyev çıxardı.

Sputnik Trend-ə istinadla xəbər verir ki, bunu Milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev jurnalistlərə deyib.

M.Quliyev bildirib ki, qaz, işıq, çörək, yanacaq yox idi, insanlarımız çox ağır bir şəraitdə yaşayırdı: "O vaxtlar ümid də yox idi ki, Azərbaycan o böhranlı vəziyyətdən çıxa biləcək".

M.Quliyev deyib ki, o zaman səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin siyasəti nəticəsində Gəncədə qardaş qırğını baş verdi: "O zaman xalqımız yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanı bu kritik vəziyyətdən çıxara biləcəyini bilərək meydanlara çıxdı, Heydər Əliyevin Azərbaycana gəlməsini tələb etdilər. O zaman hər kəs cəsarət edib Azərbaycana gəlməzdi, çünki burada silahlı dəstələr hakimiyyət üstündə mübarizə aparırdılar, müəyyən kəşfiyyat orqanlarına xidmət edirdilər. Amma ulu öndər öz xalqını belə bir anda tək qoymadı, özünün də, ailəsinin də həyatını təhlükə altına ataraq Bakıya gəldi".

M.Quliyev vurğulayıb ki, ümummilli lider qısa bir zamanda vəziyyəti analiz etdi, Gəncəyə getdi, orada ağır görüşlər keçirdi və ondan sonra Bakıya qayıdaraq tanıdığı, bildiyi adamları vəzifəyə çağırdı və Azərbaycanı o böhran vəziyyətindən çıxardı: "Bu gün Azərbaycan Respublikası şərəfli bir yol keçir. Azərbaycan dünyada tanınır. Azərbaycanı inkişaf etmiş dövlətlərlə müqayisə edirlər. Bu gün möhtərəm Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Respublikamız kiçik dövlət olmasına baxmayaraq dünyada öz sözünü deyir. Biz azərbaycanlılar xöşbəxtik ki, Respublikamızın bu qüdrətini gördük".

Xəbər lenti
0