Mədət Quliyev: MTN-in 250 yararsız əməkdaşı vəzifədən kənarlaşdırılıb

© APAMilli təhlükəszilik nazirinin 1-ci müavini Mədət Quliyev
Milli təhlükəszilik nazirinin 1-ci müavini Mədət Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Milli təhlükəsizlik nazirinin 1-ci müavini: Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır.

BAKI, 11 dek — Sputnik. Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinatın olmadığını, əksinə ixtisarların aparılmalı olduğunu qeyd edib: "Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb".

Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: "Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək".

Xəbər lenti
0