Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ "Honda" şirkətinin təyyarələrinin satışına icazə verib

© honda.comHonda şirkətinin istehsalı olan təyyarə
Honda şirkətinin istehsalı olan təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Yeddi sərnişin yerinə malik olan bu təyyarə öz orijinal dizaynı ilə diqqəti cəlb edir.

BAKI, 11 dek-Sputnik. Yaponiyanın "Honda" şirkətinin ABŞ filialına cari ayın sonundan başlayaraq müştərilərə işgüzar səfərlər üçün kiçik həcmli təyyarələrin satışına icazə verilib. Bu, avtomobil istehsalı sahəsində tanınmış "Honda" şirkətinin satışına lisenziya verilən ilk təyyarəsidir.

ABŞ Mülki Aviasiya Federal İdarəsi "Honda" şirkətinə müvafiq sertifikatı üç min saat sınaq uçuşundan sonra dekabrın 8-də təqdim edib.

Yeddi sərnişin yerinə malik olan bu təyyarə öz orijinal dizaynı ilə diqqəti cəlb edir. Onun mühərrikləri təyyarənin qanadlarının üzərində yerləşir.

Şirkətin rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu təyyarə digər rəqiblərin eyni sinfə mənsub olan təyyarələri ilə müqayisədə 17 faiz qənaətli və 10 faiz sürətlidir.

Yeni təyyarənin qiyməti 4,5 milyon dollar təşkil edir. Rəsmi nümayəndələrin bildirdiyinə görə, ABŞ-ın və Avropanın bir sıra imkanlı şirkətləri artıq 100-dən çox təyyarə sifariş ediblər.

Xəbər lenti
0