Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Türk həkimdən kivi barədə qeyri-adi məlumatlar

Abunə olmaq
Bir ədəd kivi 1 kiloqram portağala bərabərdir.

BAKI, 10 dek-Sputnik. Yetkin insanın gündəlik C vitamini ehtiyacını qarşılayan 1 ədəd kivi 1 kiloqram portağala bərabərdir. 

Sputnik Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Ordu Universitetinin professoru Turan Karadeniz bu qənaətə gəlib.

Kivinin vitaminlə zəngin olduğunu deyən professor qeyd edib ki, 50-60 qramlıq kivi yetkin insanın gündəlik C vitaminini qarşılayır.

T.Karadeniz əlavə edib ki, insan orqanizmi hər gün C vitamininə ehtiyac duyur: "Orqanizmin özü bu vitamini istehsal edə bilmir. Buna görə də C vitamini kənardan alınmalıdır. C vitamini ilə zəngin olan kivi qrip və soyuqdəyməyə qarşı faydalıdır".

Xəbər lenti
0