CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Özünüzə baxın, monqola oxşayırsızsa, deməli monqolsuz

© youtube.comAraz Əlizadə
Araz Əlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Araz Əlizadə azərbaycanlıları türkəsilli hesab edən tarixçiləri savadsız adlandırıb.

BAKI, 10 dek-Sputnik. Türklər monqollardan törəmədilər. Özlərini tarixçi hesab edənlər monqolların, qazaxların, türkmənlərin, özbəklərin sifətinə və sonra da öz sifətlərinə baxsınlar, əgər monqollara oxşarlıqları varsa, özlərini monqol hesab etsinlər.

Sputnik xəbər verir ki, bu sözləri cebhe.info-ya millət vəkili Araz Əlizadə "Bizim türklərlə heç bir bağlılığımız yoxdur, azərbaycanlılar Hind-Avropa irqinə aiddir" fikrinə tarixçilərdən gələn sərt reaksiyaya münasibət bildirərkən deyib: "Mən onları tarixçi hesab etmirəm. Hər oxuyan Molla Pənah Vaqif ola bilməz. Türklərin əsilləri türkmənlərdən gəlir. Axı biz nə oyuq, nə də buyuq. 1990-cı illərdə bizim türk kökənli olmağımızı bisavad xalq cəbhəçiləri ortaya atıblar və bunu da gənclərin beyninə yeridiblər. Əgər biz türküksə, onda türk xalqlarının mədəni irsinə, musiqisinə, ədəbiyyatına baxaq və sonra Azərbaycanın şerinə, ədəbiyyatına, musiqisinə nəzər salaq. Azərbaycanın XII əsrdə Nizamisi olub. İlk klassik musiqini 60-cı illərdə Niyazi, opera sənətini isə Lütfiyar İmanov gətirdi. Nə vaxta qədər biz özümüzü dərk etmiyəcəyik? Niyə anlamırıq ki, Azərbaycan xalqı böyük, qüdrətli, savadlı xalqdır".

Millət vəkili əlavə edib ki, biz türk deyil, azəriyik: "Bizə İranda türk, Rusiyada isə tatar deyiblər. Ona görə ki, farslar türklərə, ruslar isə tatarlara nifrət ediblər. Rusiyada ona görə bizə tatar deyiblər ki, həmişə başımıza qapaz vurub, bizi sıxışdırsınlar".

Qeyd edək ki, millət vəkili Araz Əlizadənin millətimizin türk kökənli olmasını danaraq azərbaycanlıları Hind-Avropa irqinə aid etməsi bir neçə tarixçi alim tərəfindən etirazla qarşılanıb. Millət vəkili iddia edir ki, bizim türklərlə heç bir bağlılığımız yoxdur, sadəcə türkdilliyik. Tarixçilər isə səsləndirilən fikrə sərt təpki nümayiş etdiriblər.

AMEA Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli Araz Əlizadənin tarixçilərin ünvanına səsləndirdiyi "Özlərini tarixçi hesab edənlər monqolların, qazaxların, türkmənlərin özbəklərin sifətinə baxsın və sonra da öz sifətlərinə baxsınlar, əgər monqollara oxşarlıqları varsa, özlərini monqol hesab etsinlər" fikrinə sərt reaksiya ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda ixtisası olmayan məsələlərə münasibət bildirən şəxslər var: "Əslində, bu bədbəxtçilikdir. Bir statistikanı deyim. Tarixlə bağlı sorğu keçirilib. Ermənistanda 70 faiz tarix oxuyur, Azərbaycanda isə 10 faiz nəticə göstərir. 10 faiz nəticə göstərdiyi halda, hamı tarixdən danışır. Araq Əlizadə, sənin oxuduğun tarixlər sovet dönəmində qaldı. Sən dediyin xətt odur ki, buralarda, elmdə türk izini silsinlər. Araz Əlizadə barmağını uzadıb desin ki, müstəqillik illərindən tarix kitablarından birini oxuyub. Sən bədbəxt, ayıra bilmirsən, insanı sifətindən monqol adlandırırsan. Bəli, biz monqollorı da qəbul edirik, amma biz türk oğlu türkük! Monqol əslində moğoldur. Ruslar onu döndərib monqol etdilər. Türklər lap qədim illərdən yaşayırlar. Qobustanın tarixi XII minnilliyə gedir".

Tarixçi hazırda genetika və antropologiya elmlərinin sürətlə inkişaf etdiyini vurğulayıb: "Genetiklər birmənalı şəkildə ortaya qoydular ki, türklərin ana yurdu Xəzər sahilləridir. Türklər Xəzər sahillərində məskunlaşmış, yaşamış, Uzaq Şərqə gedib, sonuncu buzlaşmadan sonra yenidən geri qayıtmışlar. Araz bəy, gəl, Tarix İnstitutuna sənin də, mənim də baş ölçülərimi ölçdürəcəyəm. Onda sübut edəcəyəm ki, türk başı antropoligiya elmində dəqiq neçə santimetrdir? Sənin başın neçə santimetrdir? Türk başının, oğuz elinin nümayəndələrini özünün baş ölçüləri var. Bu ölçülər Azərbaycanda 75 faizi göstərir. Mən demirəm ki, siz burada yaşamayın. Amma başın çıxmadığın yerə bədənini salma. Tarix elmindən, tarixdən başı çıxanlar danışar. Bu adam müəyyən sifarişlər yerinə yetirir. Hətta belə bir fikir də söyləmişdi ki, Elçibəyi mən yıxmışam. Sən kimsən ki, Elçibiyə yıxasan? Elçibəy millətini sevirdi. Millətini sevənlər isə sizinkimilərə, qonşu Rusiyaya, Avropa meyilli güclərə sərf eləmir. Bunların məqsədi odur ki, xalqın içərisində parçalanma yaysınlar".

Dilavər Əzimbəyli əlavə edib ki, hələ millətimizin türk kökənli olması ilə bağlı öyrənilməmiş səhifələr var. Azərbaycan ərazisində yaşayanların çoxu hunların, xəzərlərin yadigarıdır: "Bizi monqollara oxşadırsan, çox yaxşı, lap mən monqollara da oxşayaram. Tayfalar o qədər qaynayıb qarışıblar ki, qədimdə monqol olublar, sonra türkləşiblər. Bu, yaxınlığı göstərir. Biz incimirik, nə yaxşı sən bizi slavyan adlandırmamısan. Nə yaxşı hazırda türkün üstünə qışqıran rus adlandırmamısan. Bəli, biz həm türkük, həm də monqoluq. Nə yaxşı sən bizi farsa bənzətməmisən. Get sən də öz farslığının qeydinə qal. Sonda Araz bəy, sənə müraciət edirəm ki, gəl, bu işə girişmə. Çoxları bu işə girdilər və yandılar. Çünki Azərbaycan artıq özünün 24 illik tarixini yaradıb. Öyrənmək istəyirsənsə, gəl Tarix İnstitutuna. Nə qədər istəsən sənə monoqrafiyalar verək, tanış ol və bil ki, kim türk, kim monqol, kim farsdır. Bu xalq Azərbaycan uğrunda vuruşub. Sənin üstünə yeridiyin Əbülfəz Elçibəy 1993-cü il sentyabrın 6-da sərəncam imzaladı. O sərəncamda bildirildi ki, biz bütün xalqları sevirik, amma tariximizi heç kimə güzəşt etmərik. Bizlərə bu yolda mane ola bilməzsiniz".

Xəbər lenti
0