Misir Mərdanovun qardaşını da vəzifədən azad etdilər

© Photo : REPORTRabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

BAKI, 10 dek-Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov tutduğu vəzifədən azad edilib.

Sputnik xəbər verir ki, Mərdanovun fotosu və onun haqqında məlumat bu gün nazirliyin rəsmi saytından çıxarılıb.
Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Bundan öncə Aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən uzaqlaşdırılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Xəbər lenti
0