BAKI, 10 dek — Sputnik. İsrail "Xets-3" tipli raket hücumundan müdafiə sisteminin sınağını keçirib.
Sputnik xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaq ABŞ-ın "MDA" agentliyi ilə birgə keçirilib. Mütəxəssislər sınağın nəticələrini təhlil edir.
Bu silah "Arrow", "Xoma" adlı raket əleyhinə komplekslər qrupuna aiddir.