CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə Nazirliyi uşaqlara ən çox qoyulan adların mənasını açıqlayıb

© ann.azAdlar
Adlar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda uşaqlara verilən hər 50 addan 41-i ərəb və fars mənşəlidir.

BAKI, 10 dek-Sputnik. Son beş ildə Azərbaycanda uşaqlara daha çox Yusif, Zəhra, Nuray, Fatimə, Əli, Hüseyn, Aylin, Ayan, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Fidan, Leyla, Məryəm, Gülay, Ayxan, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Tunar, Dəniz, Uğur, Fərid, Aysu, Həsən, İsmayıl, Nərmin, Yağmur, Səma, Emil, Ramal, Ümid, Rəsul, Aydan, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Aysun, Sadiq, Səid, Mehdi, Əsma, Elmir adları verilib.

Sputnik Report-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi qeyd olunan 50-dən yuxarı adın 41-inin ərəb və fars mənşəli olduğunu açıqlayıb.

Belə ki, həmin adlardan Yusif, Nuray, Fatimə, Əli, Hüseyn, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Leyla, Məryəm, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Fərid, Həsən, İsmayıl, Nərmin, Səma, Emil, Ramal, Rəsul, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Sadiq, Səid, Mehdi, Əsma, Elmir, yəni 40-dan çoxu ərəb və fars mənşəli sözlərdir.

Bu adların arasında çin (İnci), yəhudi mənşəli adlar da yer alıb. Bir neçə ad isə Azərbaycan sözü ilə ərəb, fars mənşəli sözlərin və ya şəkilçilərin birləşməsi ilə yaranıb.

50-dən yuxarı adın içərisində çox az sayda türk mənşəli adlar yer alıb ki, onların da əksəriyyəti "Ay" sözü ilə başlayır, Tunar, Aysun kimi adların isə ümumiyyətlə, mənası göstərilmir.

Qeyd edək ki, bəzən mənasına əhəmiyyət verilmədən qoyulan adların arasında gözəl mənalı olmaqla yanaşı, həddən artıq mənasız adlar da var.

Məsələn, Nərgiz adı yunanca "narsis" — mat qalmış, şaşqın olmuş mənasını verir. Qədim yunan əfsanəsi ilə bağlı ağ, sarımtıl çiçəkləri olan xoş ətirli gül adıdır.

Bütün Şərq xalqlarında Nərgiz yalnız qadın adı kimi işləndiyi halda, Qərb xalqlarında, həmçinin ruslarda bu ad (Nartsis) kişi adı kimi işlənir.

Düzəltmə ərəb mənşəli Elmir adının mənası isə, "ələmir, ələmirə" sözlərindən olub, "əmirə məxsus olan" deməkdir.

Ərəb mənşəli Rəsmiyyə sözü hökumət tərəfindən verilmiş rəsmi qərar, Namiq yazıçı, katib, Ramal sözü isə fal mənasını verir. Bu cür misalları onlarla göstərmək olar.

Onu da qeyd edək ki, Zəhra sözü fars mənşəli sözdür və od, məcazi mənada igidlik, cəsarət mənasını verir. Həsən sözü isə gözəl, göycək mənalarını verir.

Azərbaycanda ən çox qoyulan adlar arasında yer alan Amin sözü yəhudi mənşəlidir. Mənası isə "Ay Allah, qəbul et" deməkdir. 

Xəbər lenti
0