BAKI, 10 dek — Sputnik. Çexiya Respublikasının prezidenti Miloş Zeman, Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsinə qarşı olduğunu bildirib.
Türkiyə Avropa Birliyinə üzv olmamalıdır deyən Zeman, Türkiyəni İŞİD-in müttəfiqi adlandırıb: "Türkiyə NATO üzvü olmasına baxmayaraq, İŞİD müttəfiqi kimi hərəkət edir".
Avropa Birliyinin qaçqın böhranına görə, Türkiyəyə 3 milyard dollar yardım ayırmasını da pisləyən Çexiya prezidenti, Ankaranın o pula ehtiyacı olmadığını iddia edib:
"Türkiyənin suriyalı qaçqınlara baxacaq gücü və imkanı var. Çünki onlar eyni dinin təmsilçiləridir. Ümid edirəm ki, bu çıxışımdan sonra çexlər Türkiyə səfirliyinin Praqadakı konsulluğuna etiraz notası təqdim edəcəklər."