CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb

Abunə olmaq
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov: Söhbət insan taleyindən gedir. Bu, siyasi oyun deyil.

BAKI, 9 dek-Sputnik. SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.

Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: "Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil".

Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edən videokadrlar nümayiş etdirilib.

Xəbər lenti
0