BAKI, 9 dek — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) və Sərhəd Qoşunlarının 4 helikopteri hər gün "Günəşli” akvatoriyasını, “Mərkəzi Çıraq” və “Azəri-Çıraq-Günəşli” ətrafında havadan və eyni zamanda Sərhəd Qoşunlarının helikopterləri, FHN və SOCAR-ın özünün xilasediciləri “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş insanların axtarışı dənizdə ilə məşğuldurlar.
"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Çalışırıq ki, son günə qədər əməkdaşlarımızı axtarıb tapaq və ailələrinə təhvil verək, əzizlərinə çatdıraq. Son məqama qədər bununla bağlı ümidlərimizi itirmirik. Hazırda 5 gəmimiz orada yanğını söndürür. SOCAR-ın orada yanan 4 qaz quyusu var. Hazırda quyuların söndürülməsi, yanğının söndürülməsi illə məşğuluq. Küləkli havanın olmasına baxmayaraq işlər davam etdirilir. Eyni zamanda bizim texnikli tədbirlərdə həyata keçirilir. Özüldə su təminatı olmadığı üçün biz ilk növbədə çalışırıq ki, özülün su ilə təminatını bərpa edək ki, quyuları söndürə bilək”, deyə o əlavə edib.