BAKI, 9 dek – Sputnik. İndoneziyada güclü zəlzələ baş verib. 6,9 bal gücündə olan yeraltı təkanlar ölkənin şərqində daha çox hiss olunub.
Almaniyanın geoloji araşdırma mərkəzinin məlumatına görə, zəlzələnin episentri 355 min əhalisi olan Ambon şəhərindən 161 km şərqdə yerləşib.
Təbii fəlakətin ocağı 60 km dərinlikdə olub. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.