İŞİD hardan maliyyələşir?

© zarusskiimir.ruТеррористическая организация "Исламское государство"
Террористическая организация Исламское государство - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, terrorçular gəliri tək neft satmaqdan yox, başqa vasitələrədən də əldə edirlər

İŞİD hardan maliyyələşir?
İŞİD terrorçuları uğurla və müntəzəm olaraq neft satmağı öyrəniblər. Əvvəlcə onlar, bu bizneslə günləlik olaraq bir milyon dollara yaxın pul qazanırdılar. İraqın kütləvi informasiya vasitələrinin yazdığı məlumata görə, İŞİD nefti çox ucuz – barrelini cəmi 25 dollara satır.

Əvvəlcə neft qaçaqmalçılıqla digər ölkələrə ötürülür. Neft emalı zavodlarına satıldıqdan sonra isə bu əməliyyatın mənfəəti inanılmaz rəqəmlərə çata bilir. Bunun nəticəsində, gün ərzində qazanılan bir milyon dollar üç milyona qədər qalxır.

Bu gün İŞİD İraq və Suriyada geniş sahələrə nəzarət edir. Ümumilikdə, orada 11 neft yataqları yerləşir. Moskva Şəhər Duması Komissiyasının məsləhət şurasının üzvü Dmitri Yefimov hesab edir ki, bu iş artıq uzun müddətdir ki, təşkil olunub:

“Onların maliyyə mənbələri kifayət qədər müəyyən və çox aydındır. Ən böyük pulları onlar, neft və neft məhsullarının qaçaqmalçılığından alıblar. BND Alman kəşviyyat xidmətinin məlumatına görə, bu, onlara günə bir milyondan 2.5 milyonadək pul verirdi. Əslində isə, bizim mütəxəssislərin qiymətləndirmələrinə görə, bu rəqəm gündə 1-1.3 milyon ətrafında dəyişib. Çünki, İŞİD nefti dəyər-dəyməz qiymətlərlə satırdı”. 

İŞİD-in əsas maliyyə mənbəsinin neft olduğu fikri ilə Rusiya XİN-in Diplomatik Akademiyasının professoru Aleksandr Vavilov da razıdır:

“Müxtəlif mənbələr var. Birincisi, ən əsası – neftdir. Hər gün onlar neft qaçaqmalçılığı ilə 1-2 milyon dollar alırlar. Buna görə də, indi bizim hava qüvvələrimiz İŞİD-in əsas sinirinə — neft gəlirlərinə zərbə endirir. Orada çoxsaylı neft daşıyan maşınları, emal zavodlarını və neft anbarlarını partladırlar. Neftin bir hissəsini onlar Suriyada turduqları neft yataqlarından əldə edirlər. Neftin digər hissəsi isə, İraqın şimalı işğal olunduğu üçün, oradan əldə olunur. Mosul və Kərkük vilayətləri — ən zəngin neft yataqlarıdır. Onlar hələ 1924-cü ildən fəal istifadə olunurlar”

Lakin neft terrorçularda olan yeganə gəlir mənbəsi deyil. Qruplaşma eləcə də, İraq və Suriyada oğurlanmış qədim incəsənət əşyalarını satır. İnsan alveri isə ayrı məsələ xəttidir. İŞİD qadın və uşaqları cinsi köləliyə satır, girov müqabilində pullar alır və əlinə düşən hər şeyi oğurlayır – Dmitri Yefimov davam edir:

“Girov götürülmə, insan və orqan alveri vardı ki, onlara ayda 10 milyon gətirirdi. Bu da çoxdur. Digər ölkələrlə sərhədə nəzarət edən qruplaşmalar gömrük rüsumları və elə öz dostlarına satdıqları qara silah alverindən mənfəət əldə edirdilər. Yəni, kimdənsə alıb Suriyanın mərkəzində olan digər qruplaşmalara satırdılar”.

Ekspert onu da əlavə edib ki, bu yaxınlarda İŞİD xüsusi vergi tətbiq edib və onu yerinə yetirməyənləri ölümlə hədələyir. “Bu vergini onların dininə aid olmayan şəxslər ödəməlidir. Yəni, sən “kafirsənsə” və İŞİD ərazisindəsənsə, öz həyatını qorumaq üçün əhəmiyyətli vergi ödəməlisən” – ekspert bildirib. Bəzi analitiklər artıq hesablayıblar ki, oxşar vergilər sayəsində İŞİD hər şəhərdən ayda səkkiz milyon dollar qazanır.

Xəbər lenti
0