CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bank of Baku" kreditləri bağışladı

© bankofbaku.comBank of Baku
Bank of Baku - Sputnik Azərbaycan
Abunə olmaq
"Bank of Baku" faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda olan bütün kredit borclarının bağışlanmasına qərar verib.

BAKI, 9 dek-Sputnik. Dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, "Bank of Baku" ailəsini də sarsıdıb.

Bankdan Sputnik-ə verilən məlumata görə, yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, bankın daimi müştəriləri də var. "Bank of Baku" faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.

"Bank of Baku" neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir.

Xəbər lenti
0