SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Saakaşvilinin ölkədəki populyarlığı Marqvelaşvilini narahat edir

© Sputnik / Aleksey VovkMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan müxalifəti Marqvelaşvilinin Saakaşvilini vətəndaşlıqdan məhrum etməsinə maraqlı izahat verib.

BAKI, 8 dek — Sputnik. Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili sabiq prezident Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum etməsinin səbəbini deyib. 

Marqvelaşvili mətbuata açıqlamasında, konstitusiyaya uyğun hərəkət etdiyini bildirib. Qanuna görə, başqa dövlətin vətəndaşlığını almaq Gürcüstan vətəndaşlığından məhrumiyyət üçün mütləq əsasdır. Nəzərinizə çatdırım ki, Saakaşvili 2015-ci ilin iyulunda Ukrayna vətəndaşı olub.

"Siyasi manevr üçün ölkə konstitusiyasını poza bilmərəm. Mən bu ölkənin qanunlarına əməl edirəm", deyə Marqvelaşvili əlavə edib.

Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı istisna edir. Eyni zamanda vətəndaşlığı olmayan, yaxud da xarici vətəndaşlığı olan şəxslər Gürcüstanın dövlət strukturlarında vəzifə tuta bilməzlər. Gürcüstan müxalifəti Marqvelaşvilinin bu hərəkətini Mixail Saakaşvilinin nə vaxtsa ölkəyə qayıdaraq yenidən siyasi hakimiyyətə iddia edə bilməsi ehtimalından yaranmış qorxunun nəticəsi kimi qiymətləndirir. Mixail Saakaşvili hakimiyyətdən və ölkədən getməsinə baxmayaraq, hələ də Gürcüstanda populyar olaraq qalır.

Xəbər lenti
0