BAKI, 8 dek — Sputnik. Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Bu barədə Sputnik-ə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Novella Cəfərova məlumat verib.
Cəfərova, komissiya üzvləri tərəfindən quruma daxil olan müraciətlərə baxıldığını və hazırlanan siyahının prezidentə təqdim olunduğunu deyib.
Komissiya üzvü əlavə edib ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezidentə məxsusdur: "Əfv siyahısına kimlərin düşəcəyi (bura beynəlxalq təşkilatların "siyasi məhbus" adlandırdığı şəxslər də daxildir) birbaşa Prezidentin səlahiyyətinə daxildir".
Əfv fərmanının imzalanacağı tarixə gəldikdə isə, Novella xanım deyib ki, bu, yeni il ərəfəsində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ola bilər.