Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya Türkiyəyə güc nümayiş etdirir

© ann.azРасим Мусабеков
Расим Мусабеков - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: Bir müddət sonra, Moskvada anlayacaqlar ki, münasibətləri korlamaq heç onların da işinə yaramır.

BAKI, 8 dek — Sputnik. Rusiyanın Ermənistan və Suriyadakı hərbi bazalarını gücləndirməsini Sputnik-ə şərh edən millət vəkili Rasim Musabəyov, bunda əsas məqsədin güc nümayişi olduğunu bildirib:

"Burda əsas məqsəd, Türkiyəyə qarşı güc nümayişidir. Rusiyanın daha da irəli gedəcəyini düşünmürəm. Bir müddət sonra, Moskvada anlayacaqlar ki, münasibətləri korlamaq heç onların da işinə yaramır. Həm də Rusiyada çox yaxşı başa düşürlər ki, Türkiyə qüdrətli dövlətdir və Rusiyadan fərqli olaraq müttəfiqsiz deyil. Türkiyənin yanında nəhəng NATO və ABŞ dayanır".

Rusiya Ermənistandakı hərbi bazalarından birini hücum və yük helikopterləri ilə zənginləşdirir.

Sputnik-in məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamada İrəvan yaxınlığında olan Erebuni bazasına 7 ədəd Mi-24 və Mi-8 helikopteri göndərildiyi bildirilib.

Bu bazaya bu ilin sonuna qədər daha bir qrup helikopterin də göndəriləcəyi xəbər verilib. Bundan sonra "hava qrupu"nun uçuşları planlaşdırılıb.

Rusiyanın 1995-ci ildə qurulan Erebuni bazasında 1998-ci ildən bəri MiG-29 bombardımançı təyyarələri var. Bununla yanaşı Rusiyanın, Ermənistanda Türkiyə sərhəddinə yaxın Gümrü şəhərində də bir hərbi bazası var.

Xəbər lenti
0