Bakıya yağış, rayonlara isə qar yağacaq

© wpapersQar
Qar - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron yarımadasında güclü xəzri və gilavar küləkləri əsəcək.

BAKI, 8 dek-Sputnik. Sabah Bakıda intensiv yağış, rayonlarda isə qar yağacaq.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 9-da hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbər lenti
0